“Vəziyyətin son nəticəsi İrandan asılıdır” - FİKİR
Zərdüşt Əlizadə: “Müttəfiqlərin niyyəti sadəcə su bulandırır”
21 Yanvar 2014 14:25 Siyasət"Qərb İrandan istədiyi ala bilmir. Brüssel İranın tamamilə onun tələblərinə tabe olmasına çalışır. İran isə qəti şəkildə Qərbin qarşısında sürdüyü təklifləri rədd edir" - politoloq Zərdüşt Əlizadə Qərbin İrana qarşı ikili oyunlarına münasibət bildirərkən belə deyib. Z.Əlizadə qeyd etdi ki, İran milli maraqlarını Qərbə qurban vermək niyyətində deyil. Politoloq hesab edir ki, İran və Qərb arasındakı müəyyən məsələlərə görə, olan fikirayrılığı tərəfləri qoyuq münasibətlərə sürükləyir: "İkili standartlarla oynamaq Amerika və Qərbin ənənəvi siyasətidir. İran isə bunu çox gözəl şəkildə başa düşür və müttəfiqlərin cəhdlərini boşa çıxarmağa çalışır. Qərb ciddi cəhdlə İranı itaətə məcbur edir. İran isə heç vaxt Brüsselin səylərinə uyğun cavab verməyəcək". Qərbin İranın nüvə proqramından tamamilə imtina etməsinə çalışdığını deyən Z.Əlizadənin sözlərinə görə, məqsədinə çatmaq üçün Brüsselin tutduğu siyasi xətt tamamilə səhvdir. Təzadlı siyasət yürüdür. Politoloq hesab edir ki, müttəfiqlərin niyyətləri sadəcə su bulandırır. Qərb həmişə ona itaət etməyənləri günahkar hesab edir. Z.Əlizadə sonda bildirdi ki, vəziyyətin hansı nəticə ilə başa çatacağı İrandan asılıdır". ("OLAYLAR" İA)