Berlində 20 Yanvar faciəsi qeyd edilib

Almaniyanın paytaxtı Berlində 20 Yanvar şəhidlərinin  xatirəsi anılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, "Qara Yanvar- azadlığa aparan yollar" adlı tədbir Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN)  təşkilatçılığı ilə keçirilib. AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova 20 Yanvar hadisələri haqqında qısa məlumat verib və həmin günü Azərbaycan xalqının həyatında və şüurunda dönüş nöqtəsi kimi səciyyələndirib. Çıxışlarından sonra qonaqlara 20 yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.  Potsdam Universitetinin professoru, Alman-Azərbaycan Forumunun İdarə heyətinin üzvü Dr. Vilfrid Furmanın "Qara Yanvar: azadlığa aparan yollar" mövzusunda məruzə ilə çıxış  edib. Məruzəçi Azərbaycanda həmin dövrdə cərəyan edən mürəkkəb xarakterli hadisə və prosesləri təhlil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00