Əli Kərimli və İsa Qəmbərin sürətli “gözvurma əməliyyatı”

Mirzə Sakit: “Bir vaxtlar Amerika prezidenti Corc Buş da Qorbaçovla gözləşmişdi və nəticədə sovet hökuməti dağıldı”

Satirik şair Mirzə Sakit AXCP sədri Əli Kərimli və Müsavat başqanın ayrı-ayrılıqda 20 Yanvar şəhidlərini ziyarət etməsinə özünəməxsus münasibət bildirib. Mirzə Sakit bildirib ki, Əli Kərimli və İsa Qəmbər aralıdan xəlvətcə biri-birinə göz vurublar: "Bu gözləşməni gözlərilə görənlər olub. "Gözvurma əməliyyatı" hədsiz dərəcədə sürətlə həyata keçirilsə də igid jurnalist Ruslan Bəşirlinin diqqətindən yayınmayıb və dərhal lentə alınıb. Lakin hələlik bəzi analizləri araşdırdıqdan sonra müxbir bu kadrları ictimaiyyətə təqdim edəcək. Xatırladım ki, bir vaxtlar Amerika prezidenti Corc Buş da Qorbaçovla gözləşmişdi və nəticədə sovet hökuməti dağıldı. Deməli yaxın zamanlarda Milli Şura sovet hökumətinin taleyini yaşamalı olacaq. Bizi izləyin". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00