20 yanvar faciəsi İstanbulda anılıb
21 Yanvar 2014 11:39 Siyasətİstanbulda 20 Yanvar faciəsinin qurbanları anılıb. Mərasim Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda keçirilib. "OLAYLAR"ın Türkiyə bürosunun verdiyi məlumata görə, İstanbulda yaşayan Azərbaycan vətəndaşları, alimlər, sənətçilər və incəsənət xadimləri mərasimdə iştirak ediblər. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra iştirakçılar 20 Yanvar qurbanlarını 1 dəqiqəlik sükutla yad ediblər. Baş konsul Həsən Zeynalov giriş sözü ilə mərasimi açıq elan edərək, 20 Yanvar faciəsini rus imperializminin qanlı cinayəti adlandırıb. H.Zeynalov bildirib ki, 20 yanvar faciəsi Azərbaycan Milli Azadlıq Hərəkatının şanlı mübarizə səhifələrindən biridir. Tədbirdə çıxış edən digər iştirakçılar da 20 yanvar faciəsi barədə danışıblar. ("OLAYLAR" İA)