Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrənin yeni seçilmiş Prezidenti Didier Burkhalter ilə görüşüb

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı "Yeni il" münasibətilə İsveçrənin yeni seçilmiş Prezidenti Didier Burkhalter ilə görüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və xoş arzularını İsveçrə Prezidentinə çatdıran səfir Əkrəm Zeynallı, Didier Burkhalteri prezident seçilməsi münasibətilə təbrik etmişdir. 
Azərbaycan Respublikasının Prezidentinin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirən İsveçrə Prezidenti, onun da səmimi salamlarını cənab İlham Əliyevə çatdırmağı xahiş etmişdir. 
İsveçrə Prezidenti Didier Burkhalter 2014-cü ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq və müvəffəqiyyətlər arzulamışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00