Azərbaycan 20 Yanvar qurbanlarını anır
Ziyarət axşam saatlarına kimi davam edəcək
20 Yanvar 2014 14:43 SiyasətAzərbaycan Azərbaycan bu gün 20 Yanvar - Ümummilli Matəm gününü qeyd edir. Səhər saatlarından başlayaraq faciə qurbanlarının x atirəsi anılmağa başlanılıb. Anım günü münasibəti ilə Şəhidlər Xiyabanına yüzlərlə insan axın edir, şəhidlərin məzarlarını ziyarət edirlər.Qeyd edək ki, ziyarət axşam saatlarına kimi davam edəcək. Şəhidlər Xiyabanına ziyarət ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu gün səhər saat 8-dən Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00