20 yanvar faciəsindən 24 il keçir
Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək
20 Yanvar 2014 06:39 SiyasətBu gün Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, sıravi vətəndaşlar Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Şəhidlər Xiyabanı doğru hərəkət edəcəklər.Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktl həyata keçirib.Nəticədə, 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.1994-cü ildə Azərbaycan parlamenti 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib