AVCİYA 20 Yanvar şəhidlərini anıb

Yanvarın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov xalqımızın başına gətirilən faciə haqqında geniş məlumat verib. Tədbirdə çıxış edən qocaman jurnalist Altay Zahidov 20 Yanvar hadisələrinin şahidi olaraq həmin gün yaşananlar barədə ətraflı məlumat verib. Xalq şairi Musa Yaqub çıxışı zamanı qeyd edib ki, hadisə baş verən gecə ilk zərbə mətbuata vuruldu. QHT sədri, hüquqi ekspert  Kamil Səlimov isə həmin gecə qoşunların Bakıya yeridilməsinin heç bir hüquq çərçivəsində həyata keçirilmədiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00