Səfir Ukraynanın XİN rəhbəri ilə görüşüb
17 Yanvar 2014 11:42 SiyasətUkraynanın xarici işlər naziri Leonid Kojara MDB ölkələrinin Ukraynadakı səfirləri ilə görüşüb. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, səfir Eynulla Mədətlinin də iştirak etdiyi görüşdə Ukraynanın MDB-də sədrliyinin prioritetləri və MDB ölkələri arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Səfir Eynulla Mədətli 2013-cü ildə ATƏT-də uğurlu sədrliyi dövründə Ukraynanın zəngin təcrübə qazandığını qeyd edərək MDB-də də sədrliyin uğurlu olacağına əminliyini bildirib. O, Azərbaycanın Ukrayna ilə ikitərəfli əməkdaşlığının strateji tərəfdaş səviyyəsində olmasının sevindirici hal olduğunu vurğulayaraq Ukrayna ilə BMT, ATƏT, GUAM, MDB və s. kimi beynəlxalq təşkilat və forumlarda əməkdaşlığa önəm verildiyini qeyd edib. Qeyd edək ki, cari ildə Ukrayna MDB-yə sədrlik edəcək və səfirlərlə görüş də bu məqsədlə keçirilib.