AMİP Stokholmda tədbir keçirəcək
17 Yanvar 2014 11:37 SiyasətAzərbaycan Milli İstiqlal Partiyası İsveçin Moderat Partiyası ilə əməkdaşlığı cari ildə də davam etdirəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, AMİP 2014-cü ildə Moderat Partiyası ilə bir neçə layihə həyata keçirəcək: "Eyni zamanda AMİP İsveçin Hakim Moderat partiyası ilə birgə 2 tƏdbir keçirəcək. Onlardan biri Bakıda, ikincisi isə Stokholmda olacaq". AMİP rəsmisi bildirib ki, yaxın aylarda baş tutacaq tədbirlər əsasən siyasi sahədə partiyalararası əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələləri ehtiva edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00