Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn həftə görüşəcəklər
17 Yanvar 2014 11:26 SiyasətAzərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə Fransanın paytaxtı Parisdə görüşəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.
Görüşdə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər.
Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00