KXCP üzvü: “Milli Şura uğurlu layihə deyil”
“Qurum qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirmədən dağıldı”
16 Yanvar 2014 16:53 Siyasət"Müxalifət İctimai Palata yaratdı və dedi ki, 15 günə kimi hakimiyyətə gələcək. Mən də cavab verdim ki, gələ bilməyəcək" "OLAYLAR"ın məlumatına görə, KXCP üzvü Elman Türkoğlu belə deyib. E.Türkoğlu bildirib ki, müxalifət "Ərəb baharı"nın Azərbaycana gələcəyini də iddia edib: "Müxalifət onu da iddia edirdi ki, ABŞ onun hakimiyyətə gəlməsinə kömək edəcək. Yenə də cavab verdim ki, bu mümkün olası deyil. Nə qədər ki, Əli Kərimli müxalifətdədir, bu cəbhə qiyamət gününə kimi hakimiyyətə gələ bilməyəcək. İki dəfə mitinq keçirəndən sonra yatdılar". E.Türkoğlu müxalifətin Milli Şura layihəsinin də uğurlu proyekt olmadığını deyib. KXCP üzvü qeyd edib ki, MŞ qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirmədən dağıldı: "İt də gedib, ip də, müxalifət yenə də qaldığı yerdən davam edir. Bütün bu problemlərin başında Azərbaycana xəyanət edən Əli Kərimli dayanır. Kərimli Azərbaycana 40 milyon manata görə xəyanət edib. AXCP sədri müxalifətin qara yarasıdır". ("OLAYLAR" İA)