“AXCP sədrinə qarşı şok ittiham!” - FİKİR
Cümşüd Nuriyev: “Yurd” Birliyini Əli Kərimlinin əli ilə DTK yaradıb”
16 Yanvar 2014 15:20 SiyasətPolitoloq Cümşüd Nuriyev Milli Şura ətrafında yaranmış vəziyyətə aydınlıq gətirdi. C.Nuriyev bildirdi ki, Milli Şuranın pas vəziyyətində düşməsinin birbaşa səbəbkarı AXCP sədri Əli Kərimlidir. Qurum daxilində baş verən proseslər göstərir ki, Milli Şuranın parçalanması tapşırığını Rusiya verib. C.Nuriyevin sözlərinə görə, Rusiyanın Azərbaycana qarşı hazırladığı ssenarilərin içərisində Milli Şura birinci yerdə durur. Azərbaycana qarşı hazırlanan siyasi aksiya məhz Milli Şuranın yeni formalaşacaq heyəti ilə həyata keçirilməsi planlaşdırılır: "Müsavat Partiyası bu işlərdə iştirak etmədiyinə görə və kifayət qədər məlumatlı olduğu üçün geri çəkildi. Əli Kərimli isə birmənalı şəkildə bu hadisələrin içərisindədir. Mövcud hakimiyyətin iqtidardan getməsi üçün AXCP sədrinin Şeytanla belə müqavilə bağlaması şakəri var. Əli Kərimli müəyyən yollarla Rusiya ilə razılaşıb. Bundan sonra AXCP sədri tərəfdarlarına Müsavata qarşı hücum göstərişi verdi. Müsavat Milli Şurada olduğu müddətdə Əli Kərimli qurumda söz sahibi deyildi. Amma indi vəziyyət sədrin lehinə dəyişib. Çünki bu işlərin başında Rusiya Baş Kəşfiyyat İdarəsinin bir polkovniki durur. Təəssüf ki, həmin adam azərbaycanlıdır. Həmin layihədə isə İsa Qəmbərə yer yoxdur. Əvvəl prosesləri siyasi qarşıdurma kimi qələmə verirdilər, amma indi son araşdırmalar və Moskvadan gələn gizli məlumatlar göstərir ki, yaxın aylar ərzində Azərbaycanın Gömrük Birliyi və Avrasiya İttifaqına girməsi üçün siyasi aksiyalar hazırlanır. Moskva həmin planı Əli Kərimli və ətrafındakı adamların əli ilə həyata keçirmək istəyir. Moskmada telekanalın birdən-birə açılmasına icazənin verilməsi təsadüfi deyildi. Həmçinin viza məsələsinin gündəmə gəlməsi Azərbaycana edilən təzyiqlərdir. Rusiya isə Qərbin təhdidlərindən ehtiyat edir. Çalışır ki, ölkə daxilində qarşıdurma yaratsın. Araşdırmalarımız göstərir ki, "Yurd" Təşkilatı da 1988-ci ildə SSRİ dövlət təhlükəsizlik orqanları tərəfindən Əli Kərimli və müəlliminin əlilə yaradılıb. Məqsəd 88-ci ilin noyabr hadisələrini gündəmə gətirməkdir. Əli Kərimli həmin vaxtdan - 23 yaşından SSRİ təhlükəsizlik orqanları ilə müəllimi vasitəsilə yaxşı münasibətləri olub. Lakin Rusiyanın bütün bu planları baş tutmayacaq". ("OLAYLAR" İA)