“Suriyada ölən azərbaycanlılar Qarabağda şəhid ola bilərdilər” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Suriyada savaş bir neçə il də davam etsə, həlak olan vətəndaşlarımızın sayı minlərlə olacaq”

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Suriyaya gedən azərbaycanlılarla bağlı məsələyə münasibət bildirib. E.Şahinoğlu qeyd edir ki, Suriyadakı müharibədə hər gün orta hesabla 1 Azərbaycan vətəndaşının həlak olması barədə məlumatların sayı artır. Politoloqun iddiasına görə, bu hesabla bir ildə hədəfi və məramı qaranlıq qalan müharibədə həlak olan vətəndaşlarımızın sayı 300-ü keçəcək: "Belə çıxır ki, Suriyada savaş bir neçə il də davam etsə, həlak olan vətəndaşlarımızın sayı minlərlə olacaq. Heyf, Suriyada şəhid olmağa yollananlar öz şücaətlərini Qarabağda göstərə bilərdilər. Radikal qruplara qoşulsalar da, vətəndaşlarımızı uzaq diyarda nahaqdan itiririk". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00