NATO baş katibi: “Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindəyik”
Anders Foq Rasmussen İlham Əliyevlə görüşünün yekunları ilə bağlı mətbuat konfransı keçirib
15 Yanvar 2014 18:21 Siyasət"İslahatların davam etdirilməsi Azərbaycan üçün çox vacibdir və NATO ölkəyə bu istiqamətdə kömək göstərməyə davam edəcək. Hesab edirəm ki, biz dialoq və əməkdaşlığımızı dərinləşdirə bilərik". APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Baş katib görüşdə NATO-Azərbaycan formatında əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə etdiklərini söyləyib: "Biz siyasi dialoqu dərinləşdirmək niyyətindəyik".
A.F.Rasmussen NATO-nun Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstəyini və əfqan təhlükəsizlik qüvvələri üçün təlimlər təşkil etməsini yüksək qiymətləndirdiklərini söyləyib.