“İsa Qəmbər Əli Kərimli ilə cəngə çay qaşığı ilə çıxacaq”

Satirik şair Mirzə Sakit yenə də özünəməxsus şəkildə AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbəri tənqid edib. Mirzə deyir: "Ta qədim zamanlarda müharibələr vaxtı hər iki ölkənin padşahları meydana çıxardılar və qılınclarını siyirib "Ya sənə verən Allah, ya mənə" deyib prinsipilə cəngə başlayardılar. Döyüşçülər də iki tərəfdə dayanıb seyr edərdilər. Gələn həftə İsa Qəmbərlə Əli Kərimli belə bir cəngə başlayacaqlar. Cəbhəçilər artıq ğz sərkərdələrinin qılıncını çarxa verib itiləməklə məşğuldurlar. İsa Qəmbər də deyib ki, qılınc götürməyəcək, eləcə çay qaşığı ilə cəngə girəcək. Amma bilmirəm niyə belə deyib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00