“Qərb Ermənistanı ciddiyə almır” - AÇIQLAMA

Elşən Mustafayev: “Avropa İttifaqı bu ölkənin hara aid olduğunu çöx gözəl bilir”

Miras Partiyasının rəsmisi Styopa Safaryan Ermənistanın Gömrük İttifaqına üzv olmasına görə, Qərbin adekvat addım atacağını bildirib. Məsələyə münasibət bildirən AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev bildirdi ki, Qərb Gİ məsələsinə görə, Ermənistana qarşı heç bir addım atmayacaq. Qərbin Ermənistana heç bir təzyiq rıçaqı yoxdur. E.Mustafayevin sözlərinə görə, Ermənistanın Qərblə ciddi əlaqələr qurması üçün iqtisadi potensialı yoxdur: "Digər tərəfdən Ermənistan faktiki olaraq Qərbmeyilli siyasət yürüdən dövlət deyil. Bu ölkə Rusiyanın diktəsi və proyektlərilə hərəkət edən dövlətdir. Müəyyən qədər ölkənin maliyyələşməsində Avropadakı erməni diasporalarının xidmətləri var, amma faktiki olaraq Ermənistan Rusiyanın razılığı olmadan heç bir məsələlərdə addım atmaq iqtidarında deyil. Ermənistan Gömrük Birliyinə üzv olduqdan və Avrasiya İttifaqının yaradılmasında fəal iştirak etdiyini bəyan etdikdən sonra belə Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirir. Hətta bu ölkə GB-ya üzv olduqdan sonra proqnozlaşdırılırdı ki, Qərb bu məsələyə görə, Ermənistana müəyyən təzyiqlər göstərəcək. Lakin belə olmadı. Çünki Qərb Ermənistanın hara aid olmasını gözəl bilir. Məhz Rusiya amilinə görə, Qərb dövlətləri Ermənistanın seçimilə bağlı sərt münasibət bildirmirlər. Lakin müəyyən qədər ölkəni Rusiyanın caynağından çıxarmağa cəhd etdilər. Amma heç nə alınmadı". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00