“Milli Şuranın fəaliyyətini Rusiya dondurub” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Rusiya indiki məqamda Milli Şuranın fəaliyyətini fərqli adamların timsalında irəli aparmaq niyyətindədir”

"Musavat.com"da Rusiyanın yenidən Milli Şura layihəsinə qayıtması barədə məlumatlar yayılıb. Sayt bunu Azərbaycan hakimiyyətinin Avropaya inteqrasiya siyasəti yürütməsilə əlaqələndirir. Məsələyə münasibət bildirən BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli bildirdi ki, mətbuatda bu barədə yayılan məlumatlar Milli Şuranın Rusiya tərəfindən yaradılmasının müxalifət tərəfindən etirafıdır. Müsavat Partiyası və müxalifətin bəzi mətbu orqanlarının seçki prosesində Milli Şuranın mövqeyini müdafiə etdiklərini deyən E.Mirzəbəyli hesab edir ki, Müsavat Milli Şurada təmsil olunurdu. BAXCP rəsmisi qeyd etdi ki, seçkilərdən bir neçə müddət sonra isə Müsavat açıq şəkildə Milli Şuranın Rusiyanın layihəsi olmasını sübut etdi. E.Mirzəbəylinin dediyi sözlərə görə, Müsavat Partiyası bilə-bilə Rusiyanın layihəsində iştirak edib: "Rusiyanın Milli Şura layihəsinə qayıtması barədə faktlar ortaya qoyulmalıdır. Əslində prinsip etibarilə MŞ Rusiyanın layihəsi olmaq statusundan çıxmamışdı. Qurumun milliləşdirilməsi barədə heç bir addım atılmamışdı. MŞ-ın fəaliyyəti sadəcə dondurulmuşdu. Rusiya indiki məqamda Milli Şuranın fəaliyyətini fərqli adamların timsalında irəli aparmaq niyyətindədir. Amma "Rusiya Milli Şuraya dönür" təqdimatı səhvdir. Çünki Rusiya qurumdan getməyib. Hal-hazırda da qurumda təmsil olunan üzvlər Rusiya tərəfindən idarə olunan insanlardır". ("OLAYLAR" İA)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00