“2014-cü ildə Qarabağ probleminin həlli gözlənilmir” - AÇIQLAMA

Ermənistan "Qafqaz" İnstitutunun direktor müavini Sergey Minasyan yerli mətbuata açıqlmasında bildirib ki, 2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər qeydə alınmayacaq. S.Minasyan qeyd edib ki, Ermənistan il ərzində əvvəlki kimi çıxılmaz vəziyyətdə qalacaq. Politoloq Ermənistanın Gömrük Birliyinə üzv olmasının bir sıra dəyişikliklərlə yadda qalacağını da deyib: "Hakimiyyətin özü də hansı dəyişikliklərin olacağını bilmir. Rusiyanın da bu barədə heç bir təsəvvürü yoxdur. Hakimiyyət isə Avropa İttifaqı ilə qırılmış əlaqələri yenidən düzəltməyə çalışır. Lakin müsbət nəticələrin əldə olunacağı sual doğurur. Çünki Gömrük Birliyi və Avrasiya İttifaqı proyektləri Qərbin maraqlarına uyğun deyil. Ermənistan isə bu istiqamətdə Rusiyanın maraqlarına cavab verir". Minasyan onu da bildirib ki, 2014-cü ildə Ermənistan-Türkiyə sərhədləri açılmayacaq və tərəflər arasında olan problemlər həll tapmayacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00