Ukrayna mətbuatı Azərbaycandan yazıb
15 Yanvar 2014 11:37 SiyasətUkraynada çıxan populyar "AvtoBiznesTur" reklam-informasiya jurnalının son nömrəsində "Azərbaycanın lideri İlham Əliyev" sərlövhəli geniş məqalə dərc edilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, məqalədə keçən əsrin 90-cı illərinin əvvəli, həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclik, öz dövrünü başa vurmuş ənənələrin ətaləti, həyatın bütün sahələrində yaranmış böhranlı vəziyyət barədə söhbət açılır. Yazıda vurğulanır ki, dünya miqyaslı siyasətçi, xalqın və millətin lideri Heydər Əliyevin səyləri sayəsində xeyir şərə qalib gəldi. Məqalənin sonrakı hissəsində Azərbaycanın ən yeni tarixinin həmin dövrü ilə son onillik arasında körpü yaradılır. Məqalədə deyilir ki, bu gün Azərbaycana şanlı ənənələrin böyük davamçısı, yeni formasiya siyasətçisi, tanınmış lider İlham Əliyev rəhbərlik edir".