“El” Milli Şurada iştirakı fərdlərin öhdəsinə buraxdı
14 Yanvar 2014 18:41 SiyasətBu gün "El" Hərəkatı İdarə Heyətinin iclasının keçiriləcəyi və orada qurumun Milli Şurada qalıb-qalmaması məsələsinin müzakirə olunacağı bildirilirdi. Teleqraf.com-un məlumatına görə, İdarə Heyətinin üzvləri bir araya gəlsələr də, iclas keçirməyiblər. Milli Şura ilə bağlı razılığa gəliblər ki, Şuradakı hər bir "EL" üzvü orada qalıb-qalmamaqla bağlı fərdi şəkildə qərar verməlidir. Şifahi şəkildə razılığa gəlinib ki, "EL" hərəkat olaraq Milli Şurada fəaliyyətini davam etdirsin.
Hərəkat sədri Eldar Namazov Teleqraf.com-a bildirib ki, "EL" Hərəkatı bu gün Milli Şura ilə bağlı müzakirələr aparıb: "Amma konkret qərar qəbul etmədik. Mövqeyimizi ifadə etməyi mənə həvalə etdilər. Yəqin ki, sabah bu barədə açıqlamamız olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00