AMİP müzakirələri davam etdirəcək

Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi Avropa Xalq Partiyasına üzvülük məsələsini reallaşdırmaq üçün bu il də qarşı tərəflə müzakirələri davam etdirəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, bu məqsədlə partiya rəhbərliyinin səfərləri təşkil olunacaq: "Aprel ayında isə Beynəlxalq Demokrat İttifaqının (BDİ) Madriddə keçiriləcək İcracı Toplantısına partiya rəhbərliyi səviyyəsində qatılacağıq. Beynəlxalq Demokrat İttifaqına daxil olan partiyaların əksəriyyəti Avropa Xalq Partiyasının  üzvüləridirlər. Ona görə də partiyamızın AXP-yə üzv olmasında Beynəlxalq Demokrat İttifaqının da rolu nəzərə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00