“SSRİ-nin yenidən yaranması ehtimalı sıfra bərabərdir” - AÇIQLAMA
Rufiz Qonaqov: “Dünya Rusiyanın ideologiyasına doğru yox, tamam başqa istiqamətdə inkişaf edir”
10 Yanvar 2014 18:07 SiyasətRusiya SSRİ-ni yenidən bərpa etmək üçün ciddi cəhdlər göstərir. Lakin dünya Rusiyanın ideologiyasına doğru yox, tamam başqa istiqamətdə inkişaf edir" - QHT Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Rusiyanın SSRİ-ni yenidən bərpa etmək cəhdlərinə münasibət bildirərkən belə deyib. R.Qonaqov bildirib ki, MDB ölkələri Avropa Şurası, BMT və bu kimi digər beynəlxalq qurumların tam hüquqlu üzvləridir. Keçmiş post-Sovet ölkələrinin öz müstəqillik və suverenliyini elan etdiyini deyən R.Qonaqovun sözlərinə görə, bu çərçivədə SSRİ-nin yeni formatda bərpa edilməsi ümumiyyətlə mümkün deyil: "Lakin hansısa müqavilələr əsasında əməkdaşlıqdan söhbət gedə bilər. Azərbaycan da milli maraqlarını qorumaqla hər hansı bir müqavilələrə qoşula bilər. Bu hər bir ölkənin seçimindən apardığı xarici və ümumi siyasətdəna asılıdır. Region və dünyada baş verən proseslər SSRİ-nin yenidən dirçəlməsi ehtimalını sıfra endirib". ("OLAYLAR" İA)