KXCP Milli Şura və AXCP ilə olan əlaqələrinə aydınlıq gətirəcək - FİKİR

Xəzər Teyyublu: “Müsavat və AXCP arasında baş verən gərgin proseslər müxalifətin ziyanına işləyi”

"KXCP yaxın günlərdə Milli Şuradakı fəaliyyəti ilə əlaqədar açıqlama verəcək. Partiyanın yaxın günlərdə məsələ ilə əlaqədar keçiriləcək iclasında KXCP-nin qurumda qalması, yaxud çıxması barədə yekun rəy bildiriləcək" - KXCP sədrinin müavini Xəzər Teyyublu təmsil etdiyi partiyanın Milli Şuradakı fəaliyyətinə "OLAYLAR"da aydınlıq gətirərkən belə deyib. X.Teyyublu bildirdi ki, partiyanın toplantısında Milli Şura və müxalifət daxilində son günlərdə baş verən proeslər müzakirə ediləcək. Partiya rəsmisi qeyd etdi ki, bütün olanlar KXCP-ni narahat edir və buna görə də konkret mövqe ortaya qoyulacaq: "KXCP qurum daxilində müxalifət partiyalarının birliyinə çalışdı. Lakin hər bir partiyanın özünün müstəqil qərar qəbul etmək hüququ var. Buna digər siyasi təşkilatlar tərəfindən də hörmət edilməlidir. Müxalifət partiyaları gərginlikləri aradan qaldırmaq üçün birlik sərgiləməli idilər. Müxalifət və Milli Şura daxilində baş verən proseslər təəssüf hisslərilə qarşılanır". X.Teyyublu hesab edir ki, partiyalar birlik olmaq iddialarını ortaya qoya bilməsələr, heç nə alınmayacaq və siyasi qurumların fərdi şəkildə fəaliyyət göstərməsi birliyin yaradılmasna əngəl olur: "Lakin buna görə heç bir siyasi qurumu da qınamaq düzgün deyil, çünki bu onların şəxsi qərarlarıdır. Müxalifət daxilində həmişə bu cür hadisələr baş verir. Lakin bu gün Müsavat və AXCP arasında baş verən gərgin proseslər müxalifətin ziyanına işləyir". AXCP və KXCP arasında gərginliyin baş verməsi barədə irəli sürülən iddialara aydınlıq gətirən X.Teyyublunun sözlərinə görə, KXCP Milli Şura daxilində Müsavat, AXCP və digər partiyalarla müxalifətin birliyi üçün mübarizə aparıb: "Lakin KXCP haqqında digər partiyaların mövqeyi keçirdiyimiz toplantılarda müzakirə edilir. Partiyanın yaxınlarda keçiriləcək toplantısında bu məsələyə də münasibət bildiriləcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00