Milli Şurada daha bir istefa

"El" hərəkatı sədrinin müavini Zəfər Quliyev Milli Şuranı tərk etdiyi barədə bəyanat yayıb

"El" hərəkatı sədrinin müavini Zəfər Quliyev Milli Şuranı tərk etdiyi barədə bəyanat yayıb. Z.Quliyev öz bəyanatında bildirir: "Uzun sürən düşüncələrdən sonra mən formalaşdırılmasında aktiv iştirak etdiyim təşkilatdan çıxmaq barədə qərar qəbul etmişəm".
Z.Quliyev Milli Şuradan istefa verməsinin səbəblərini geniş açıqlamayaraq, bunu qeyri-sağlam ajiotaj yaratmamaq, müxtəlif yozumlara şərait yaratmamaq niyyəti ilə izah edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00