Adil Bağırovun andiçmə mərasimi keçirilib
9 Yanvar 2014 13:09 SiyasətABŞ-Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun Deyton Dövlət Məktəbləri Təhsil Şurasına üzv seçilməsi ilə əlaqədar rəsmi andiçmə mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, Adil Bağırov vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə dair rəsmi andın mətnini Deyton şəhər müvəkkili Cefrey Mimsə təqdim edib. Adil Bağırov çıxışı zamanı ona bu səsvermə prosesində dəstək olan, inanan şəxslərə minnətdarlığını bildirmiş və böyük şərəflə xalqa xidmət edəcəyini bildirib.
Qeyd edək ki, Adil Bağırov bu vəzifəyə seçilən ilk Amerika azərbaycanlısıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00