“İbrahimbəyovun qayıtması vəziyyəti dəyişməyəcək” - AÇIQLAMA
Qabil Hüseynli: “Qurumdan qopan qüvvələri geri qaytarmaq mümkün olsa, birliyi ayaqda saxlamaq mümkün olacaq”
9 Yanvar 2014 12:40 SiyasətMüsavat Partiyasının Milli Şuradan imtina etməsindən sonra AXCP-nin keçmiş sədr Rüstəm İbrahimbəyovu quruma qaytarmaq cəhdləri barədə məlumatlar yayılmağa başlayıb. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Rüstəm İbrahimbəyovun Milli Şuraya qayıtması qurumu düşdüyü böhrandan çıxarmayacaq və heç bir yenilik olmayacaq. Q.Hüseynlinin sözlərinə görə, R.İbrahimbəyovun müəyyən qədər aktivləşməsi və MŞ-a maliyyə yardımı göstərməsi mümkündür: "Rejissorun ətrafındakı ziyalıları da Milli Şuraya cəlb etməsi mümkündür. Amma bundan sonra da qurumun saxlanılması çətin olacaq. Çünki qurumu tərk edənlərin sayı kifayət qədər çoxdur. ALP, ACP, KXCP da MŞ-da qalmaqda tərəddüd edir. Qurumdan qopan qüvvələri geri qaytarmaq mümkün olsa, birliyi ayaqda saxlamaq mümkün olacaq. Lakin qopmalar sürət aldıqca, R.İbrahimbəyovun Milli Şuraya göstərəcəyi maddi və mənəvi dəstək heç bir işə yaramayacaq. Bu isə o deməkdir ki, MŞ əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq". ("OLAYLAR"İA)