Suriyada öldürülən azərbaycanlının üzv olduğu təşkilatı tanıyırsınız?

Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən "İraq-Dəməşq İslam Dövləti" qruplaşmasının üzvü, "Primorskiy Muhammed" ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı hökumət qüvvələri tərəfindən öldürüldü. İraqda əbu-Musəyyeb əl-Zərqavinin öldürülməsindən sonra da həmin təşkilatın adı hallandırıldı. Qrupun başçısı əbu-Bəkr əl-Bağdadi olduğu ortaya çıxdı. Qərb məmbələrinin məlumatına görə, Bağdadi Amerika və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının casusudur. Avropa mediasında yayılan kəşfiyyat hesabatınə əsasən, Bağdadi ABŞ tərəfindən yetişdirilib və bir müddətdən sonra S.Ərəbistanının kəşfiyyat orqanlarında çalışıb. Amerikalılar 2011-ci ildə əl-Bağdadini ələ keçirən şəxslər üçün 10 milyon dollar mükafat vəd edərək, terrorbaşının məşhurlaşdırdılar. Sonradan məlum oldu ki, əl-Bağdadi və 8 "əl-Qaidə" liderinin həbsdən azad olunması əvvəlcədən planlaşdırılmış iş olub. Terrorçuların yatdığı həbsxanaların gizli kameralarındakı qeydlər də qəsdən silinib. Sonradan amerikalılar məlumat yayaraq onların əslində həbsdə olmadıqlarını bildirdilər. Həqiqətdə isə həmin gün Bağdadi ilə yanaşı daha 850 "əl-Qaidə" üzvü azadlığa buraxılıb. Sonradan isə həmin terrorçular Bağdadinin başçılığı ilə Suriyadakı "İraq-Dəməşq İslam Dövləti" qruplaşmasına qoşulublar. Mənbələr iddia edirlər ki, qruplaşmanın yaradılmasında ABŞ-ın Suriyadakı səfiri Robert Fordun geniş fəaliyyəti olub. Qruplaşma hələ Ford İraqda səfir olarkən Bağdadda formalaşdırılıb. Suriyada vətəndaş müharibəsi başlayandan sonra isə təşkilat bu ölkədə yerləşdirilib. Həqiqətlər isə Səudiyyə Ərəbistanı və ABŞ-la soyuq münasibətlərin yaranmasından sonra üzə çıxıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00