Həmsədr dövlətlər Ermənistana qarşı tədbir görmürlər

"Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. Bildirib ki, məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub: "Ötən il dünyanın bir sıra dövlətlərinin parlamentlərində, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələr, qərarlar qəbul edilib". Elman Məmmədov deyib ki, Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılıb: "2013-cü il ərzində də Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib. Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmürlər. Hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00