"Mətbuatda MN ilə bağlı bütün informasiyaların verilməsi narahatlıq doğurur”
8 Yanvar 2014 14:25 Siyasət"Mətbuatımızda Müdafiə Nazirliyi ilə bağlı bütün informasiyanın verilməsi böyük narahatlıq doğurur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Aydın Mirzəzadə bildirib. Millət vəkili qeyd edib ki, mətbuat Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumatlara yanaşı, kənardan alınan məlumatları açıqlamağa da çox meyllidir: "Xüsusilə də yeni müdafiə nazirinin bütün yeni təyinatları bir anda yayımlanır. Artıq Azərbaycanda açıq şəkildə bütün hərbi hissə komandirlərinin, müavinlərinin, qərargah rəislərinin adı mətbuatda bilinir və xarakteristikası da verilir. Bunu təhlükəli hal hesab edirəm". Millət vəkili hesab edir ki, Ermənistanın mətbuatımızı daima izlədiyinin və ordumuzla bağlı məlumatların bir hissəsinin məhz mətbuatımızdan aldığının fərqinə varmalıyıq: "Silahl Qüvvələrimizlə bağlı hər informasiyanın, xüsusilə də kadr təyinatı məlumatlarının yayılmasına ehtiyac yoxdur. Hesab edirəm ki, bu məsələlər hər birimizi dərindən düşündürməlidir.