Müsavatda fraksiya yaranır?
AXCP Müsavatda rəhbərlikdən narazı qrup yaratmaq istəyir
8 Yanvar 2014 14:20 SiyasətAXCP yetkililəri Müsavatı Milli Şuradan çıxdığına görə hədələyib. Sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, bu qərarı Müsavat rəhbərliyindəki bir qrup verib və bu qərar bütövlükdə partiyanın mənafeyinə uyğun deyil. AXCP yetkilsi aşağıların bu qərara etiraz edəcəyini anons etmişdi. Artıq istefalar başlayıb. Partiya fəalı Azər Telmanoğlu Müsavat sıralarından istefa verib. Bu barədə o, facebook səhifəsində açıqlama yayıb. Məlumata görə, AXCP Müsavatdan kütləvi istefaları istəmir. Sadəcə, Müsavat rəhbərliyinə etiraz edən narazı qrup-fraksiya formalaşdırmaq istəyir. Qeyd edək ki, belə bir fraksiyanı AXCP İctimai Palataya daxil olmaq ustəməyən KXCP-də yaratmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00