Müsavat Divanının üzvü: “Ayıb olsun”
8 Yanvar 2014 14:15 Siyasət"AXCP rəsmisi Fuad Qəhrəmanlının Müsavata yönəlik ittihamlarının hamısı boş və mənasız söz yığını, qarayaxmadır". Bunu deyən Müsavat Divanının üzvü Tural Abbaslının sözlərinə görə, bu açıqlamaların heç bir əsası yoxdur: "Mən Müsavata qarşı bu cür səviyyəsiz açıqlamanı AXCP-nin adına yaraşdırmadım. Yalnız onu deyə bilərəm ki, ayıb olsun. Çox təəssüf edirəm ki, AXCP-nin rəhbərliyində Fuad Qəhrəmanlı kimi adamlar təmsil olunurlar". Xatırladaq ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında iddia edib ki, Müsavata 2015-ci il parlament seçkiləri ilə bağlı hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub. Müsavat Partiyası da bu şərti yerinə yetirməklə məşğuldur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00