“Bundan sonra Milli Şuranı qorumağa çalışanlar meyidbazdılar”

Mirzə Sakit: “Siyasətlə məşğul olan və özünə hörmət edən insan dərhal bu qurumun ləğvinə çalışmalı, yeni birliyin yaranması haqqında təkliflər irəli sürməli idi”

"Yalanlar üzərində qurulan bina dağılmalıydı Ən əhəmiyyətli vaxtda - seçki ərəfəsində partiya rəhbərlərini və üzvlərini, eləcə də xalqı beş dəfə aldatdı" - "OLAYLAR"ın məlumatına görə, satirik şair Mirzə Sakit Milli Şuranın dağılması məsələsinə münasibət bildirərkən belə deyib. Sabiq MŞ sədri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsinə toxunan Mirzə Sakit qeyd edib ki, o, hər dəfə "gəlirəm" deməklə müxalifləri bir neçə dəfə aldatdı: "Buna baxmayaraq onu qınamaq da olmur, adam öz sənətinə uyğun hərəkət etdi. Gələcəkdə o filmi hamımızın çox maraqla izləyəcəyimizə şübhəniz olmasın. Əgər yaranmış bur qurumun rəhbəri bu qədər ifrat yalançıdırsa, deməli həmin o birliyin özülü yalan və nağıllar üzərində qurulub. Siyasətlə məşğul olan və özünə hörmət edən insan dərhal bu qurumun ləğvinə çalışmalı, yeni birliyin yaranması haqqında təkliflər irəli sürməli idi. Məni bağışlayın, bu qurumun bundan sonra yaşamasına çalışanlar birmənalı şəkildə meyidbazdılar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00