“O vaxt məni kəllə-mayallaq qəbirfason çalaya gumbuldatdılar”
Mirzə Sakit: “Allahın rəhmətindən-zadından da oxumadılar”
7 Yanvar 2014 16:14 SiyasətSatirik şair Mirzə Sakit yenidən Milli Şuranı tənqid edib. Milli Şuranı "lazımsız qurum" adlandıran Mirzə deyir: "Bu aylar ərzində neçə-neçə dostları itirdik. İlk günlərdən deyirdim ki, ay balam, ay nənən ölsün, ay sarı gəlin, bu barsız qurumdur. Dedilər ki, barsız da özünsən, bəhrəsiz də. "Facebook" ünvanıma bir neçə dost mənim üçün nekroloq da yazdı. Yəni ki, sən bizim üçün artıq ölmüsən. Allahın rəhmətindən-zadından da oxumadılar. Eləcə qəbirfason çala qazıb məni kəllə-mayallaq torpağa gumbuldatdılar. İndi də həmin dostlar icazə versəydilər, mən onların o qurumuna dərindən salavat çəkib rəhmət oxuyardım. Mən paxıl müsəlman deyiləm. Ölənə rəhmət, qalana can sağlığı. Milli Şuranı deyirdim". ("OLAYLAR" İA)