“Cəmil Həsənliyə ayıb olur” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Siyasi fəaliyyətə ara vermək daha doğru qərar olardı”

"Mən də Milli Şuranın perspektivinə inanmıram. Prezident seçkisindən sonra yazmışdım ki, dağılışıb gələcəkdə başqa formatda seçki blokunun yaradılması haqqında düşünmək lazımdır" - "OLAYLAR"ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu belə deyib. E.Şahinoğlu bildirib ki, müxalifətin indiki birlik formatı işə yaramır. Milli Şurada bir-birini qəbul etməyən şəxs kifayət qədərdir. Politoloq hesab edir ki, zorən müttəfiqlik olmaz. Ona görə partiyaların ardarda Milli Şuranı tərk etmələri gözlənilməz deyil: "Sadəcə, Cəmil Həsənliyə ayıb olur. Hörmətli professor heç prezidentliyə namizəd olmaq istəmirdi. Razı saldılar, o da seçkiyə qatıldı. İndi isə bəlli olur ki, Cəmil bəyi seçkiyə qatılmağa sövq edənlər seçkidən sonra onun siyasi fəaliyyətinə ehtiyac görmürlər. Başqa sözlə demək istəyirlər ki, "Bağışlayın, Sizinlə də alınmadı, ona görə, daha Sizə ehtiyacımız yoxdur". Bəlkə, həqiqətən dağınıq və perspektivi qaranlıq olan Milli Şuraya sədrlik etməkdənsə, siyasi fəaliyyətə ara vermək daha doğru qərar olardı". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00