“Pakistan Observer” qəzeti İlham Əliyevi ilin adamı elan edib

Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan "Pakistan Observer" qəzeti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 2013-cü ilin adamı elan edib. "OLAYLAR"-ın Azərbaycanın Pakistandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malik qəzetin ön səhifəsində "İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" adlı xüsusi reportaj dərc edib. Məqalədə Azərbaycanın dövlət başçısı Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi kimi xarakterizə edilir. Məqalə müəllifi qeyd edir ki, 09.10.2013 -cü il tarixli seçkilərdə xalqın etimadını qazanaraq yenidən Azərbaycanın Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyev "2013-cü ilin adamı" adına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00