KXCP funksioneri Müsavatı qınadı
“Münasibətim yaxşı deyil, onlar təsisçi idilər”
7 Yanvar 2014 14:33 SiyasətMüsavat Partiyası Milli Şuranı tərk edib. Bu barədə partiya Divanı qərar çıxarıb. Müsavatın bu addımı Milli Şuranın işinə necə təsir edəcək? Digər partiyalar da qurumu tərk edəcəkmi? Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu "OLAYLAR"a açıqlamasında Müsavatın qərarını qınayıb: "Münasibətim yaxşı deyil. Müsavat Milli Şurada təsisçi idi və Müsavatın Milli Şuradan getməsi qurumun fəalliyyətinə
təsir edəcək". Milli Şuranın gələcək fəalliyyətinin bu ay keçiriləcək sessiyada müəyyən olunacağını deyən KXCP yetkilisi bildirib ki, KXCP-nin mövqeyini partiyanın ali orqanları müəyyən edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00