Fuad Qəhrəmanlı Müsavatdan qopmalar ola biləcəyinə işarə etdi
“Onların qərarı partiya daxilində etirazla qarşılanacaq”
7 Yanvar 2014 13:22 SiyasətAXCP Müsavat Partiyasının Milli Şuradan çıxmaq haqqında qərarını qınayıb. Partiya sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı açıqlamasında bildirib ki, bu qərar Müsavat rəhbərliyinə daxil olan bir qrup şəxsin korporativ maraqlaırna xidmət edir və partiya üzvlərinin mənafeyini əks etdirmir. "Təəssüf ki, Müsavat Partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdilər. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat Partiyasının daxilində etirazla qarşılanacaq".
Siyasi müşahidəçilərin fikrincə, bununla AXCP rəsmisi Müsavatdan mümkün qopmalara diqqəti çəkib. Ehtimal edilir ki, AXCP rayonlarda sıravi müsavatçılarla iş aparıb və onları rəhbərliyin əleyhinə qaldıracaq.