Müsavat Milli Şuranı tərk etdi

Sabiq müsavatçı partiyasının qərarını belə şərh etdi: “Oyun bitdi, amma siz də bitdiniz, buna əmin olun!”

Müsavat Partiyası Milli Şuranı tərk edib. Bu barədə sabiq millət vəkili, Divan üzvü İkram İsrafil facebook hesabında məlumat verib. Partiyanın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu məlumatı təsdiq edib. Yaxın saatlarda Müsavat Partiyası bu xəbərə münasibət bildirəcək. Müsavatın Milli Şuraya laqeyd münasibətinə görə partiyadan istefa vermiş başqanın müşaviri Yeganə Hacıyeva facebook hesabında yazdığı statusda Müsavatın bu qərarını belə şərh edib: "Oyun bitdi, amma siz də bitdiniz, buna əmin olun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00