“Gizli informasiyanı mətbuata Eldar Namazov sızdırıb” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Hələ “Panorama” qəzetində çalışanda o, müttəfiqlik etdiyi adamların gizli danışıqlarını mətbuata sızdırırdı”
7 Yanvar 2014 12:17 SiyasətMətbuatda Milli Şuranın idarəetmə qurumunun formalaşması və qurumun tərkibi ilə bağlı gizli siyahının sızdırılması "EL" Hərəkatı və MŞ arasında gərginliyə səbəb olub. Milli Şuranın sədri Cəmil Həsənlinin iddialarına əsasən, həmin siyahı mətbuata "EL" tərəfindən ötürülüb. Məsələyə münasibət bildirən BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəylinin sözlərinə görə, "EL" Hərəkatında Eldar Namazov və "papka"sından başqa heç kəs qalmayıb. E.Mirzəbəyli hesab edir ki, MŞ və "EL" arasında baş verən gərginlik son hadisələrlə bağlıdır: "Eldar Namazovun həmişə ənənəvi müxalifətlə problemləri olub. Onlar sadəcə xarici ölkənin layihəsi olan Milli Şurada xarici dövlətin sifarişi ilə bir araya gəlməyə məcbur oldular. Əvvəlcədən də bəlli idi ki, bu əqidə ilə onların bir qurumda yola davam etməsi mümkün olmayacaq. E.Namazovun təkcə Milli Şura yox, AXCP və Müsavatla da problemləri var. Baş verən gərginliklər də Namazovdan qaynaqlanır. Müəyyən mərhələdə E.Namazov Rüstəm İbrahimbəyovla layihə həyata keçirməyə çalışdı. Layihənin fiaskoya uğradığını görən, Namazov əvvəlki mövqeyinə çəkilməyə məcbur oldu". Milli Şura ilə bağlı gizli informasiyanın mətbuata ötürülməsi məsələsinə toxunan E.Mirzəbəyli qeyd etdi ki, həmin siyahının E.Namazov tərəfindən mətbuata sızdırılması mümkündür: "Çünki Namazovun mətbuata gizli informasiya ötürməkdə təcrübəsi var. Hələ "Panorama" qəzetində çalışanda o, müttəfiqlik etdiyi adamların gizli danışıqlarını mətbuata sızdırırdı. E.Namazovun təcrübəsində belə faktlar çoxdur". ("OLAYLAR" İA)