Mübariz Qurbanlı "Şöhrət" ordeni ilə təltif edildi
7 Yanvar 2014 10:37 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Q. Qurbanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mübariz Qəhrəman oglu Qurbanlı "Şöhrət" ordeni ilə təltif edilsin". AzərTAc
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00