Bu gün vəfat edən siyasətçi ilə Elçibəyin videosu yayılıb VIDEO

Elçibəy Şükrü Karaca ilə birlikdə “Yəmən” türküsünü oxuyub

Bu gün vəfat edən Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun siyasi müşaviri Şükrü Karacanın Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə videosu yayılıb.

Piknik şəraitində çəkilmiş videoda Əbülfəz Elçibəy, Şükrü Karaca və daha bir neçə nəfər birlikdə "Yəmən" türküsünü oxuyurlar.

Türkünün sözlərindən kövrələn Elçibəy tez-tez gözyaşlarını silir.

Video 1996-cı il iyulun 3-də çəkilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00