BƏƏ-də Həmrəylik Günü qeyd edilib
30 Dekabr 2013 15:34 SiyasətBirləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu da 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib. Bu barədə "OLAYLAR"-a məlumat bu ölkədəki "Azərbaycan" Cəmiyyətindən daxil olub. Bildirilib ki, tədbirdə çıxış edən cəmiyyət sədri Samir İmanov deyib ki, bu bayram dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlılar arasında münasibətlərin qurulması prosesində, onlarin birlik ruhunun və həmrəyliyinin güclənməsində mühüm rol oynayıb. Qeyd edib ki, bu bayramın qeyd edilməsi dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Samir İmanov çıxışında daha sonra vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məfhumu Azərbaycanın Naxçıvan şəhərində, 1989-cu ilin sonlarında Sovet İttifaqı ilə İran arasında sərhəddin götürülməsi zamanı müasir Azərbaycanın qurucusu və xalqın ümummilli lideri Heydər Əliyev tərəfindən gündəmə gəlib. 2 ildən sonra isə 1991-ci ildə Heydər Əliyevin fərmani ilə 31 dekabr tarixini rəsmən dünya azərbaycanlılarının həmrəyliyi günü elan edib.