Azərbaycanın Ukraynadakı səfirliyində Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Ukraynadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.  "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, səfir Eynulla Mədətli başda olmaqla səfirliyin əməkdaşları, Türkiyənin Ukraynadakı səfiri Mehmet Samsar, Dnepropetvovsk Vilayət Sovetinin deputatı Fəxrəddin Muxtarov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyev ofisinin rəhbəri Elçin Məmmədov və Ukraynada fəaliyyət göstərən regional diaspor təşkilatlarının  nümayəndələri iştirak edib. Sonra Səfirliyin "Naxçıvan" salonunda tədbirin təntənəli açılış mərasimi olub.  Mərasimdə çıxış edən səfir Eynulla Mədətli Azərbaycan diaspor təşkilatlarını Azərbaycan dövləti və millətinin mənafeyi, onların Ukraynada layiqincə təmsil olunması, Ermənistanın təcavüzü nəticəsində xaqımızın ən böyük dərdinə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatıdırılması naminə qüvvələrini birləşdirməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00