XİN: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir"

Azərbaycan Xarici İşlər Nazirliyi Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır və bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir. Xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir.

Məlumatda bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00