ATXƏM sədri Türkiyəyə gedib

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun da daxil olduğu Azərbaycan nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfər edib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, səfərdə məqsəd İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) yeni binasının açılış mərasimində iştirak etməkdir. Bildirilib ki, İstanbulun Kadıköy rayonunun mərkəzində yerləşən binanın açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Türkiyənin millət vəkili Əli Özgündüz, ATXƏM sədri İlham İsmayılov, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digər şəxslər iştirak edib. Açılış mərasimində çıxış edən konsul Həsən Zeynalov İSTAD-ın İstanbulda Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Azərbaycanla bağlı digər tədbirlərin təşkil olunmasında fəal rolunu yüksək qiymətləndirib, dərnəyin çoxsaylı üzvlərinə uğurlar arzulayıb, Türkiyədə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Tədbirin sonunda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib və ziyafət verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00