Aureliya Qriqoriu: “Azərbaycanlılar Moldovada özlərini yaxşı hiss edirlər”

Kiyevdə səfərdə olan Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri, Aşina Türk Qarapapaq Şadı Daşqın Gülməmmədov Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb. Bu barədə "OLAYLAR"a UQTMŞ İnformasiya Departamentindən məlumat verilib. Görüş zamanı Moldovada yaşayan türkdilli xalqların hüquqları ilə bağlı fikir mübadiləsi aparılıb. Moldovada yaşayan türkdilli qaqauzların, azərbaycanlıların, qarapapaq türklərinin və tatarların insan hüquqları sahəsindəki problemləri müzakirə edilib. Xanım Qriqoriu bildirib ki, Moldovada ümumiyyətlə milli diskriminasiya faktı yoxdur və türkdili xalqların nümayəndələri qaqauzlar, azərbaycanlılar, qarapapaq türkləri və tatarlar bizim ölkədə özlərini çox yaxşı hiss edirlər. UQTMŞ Sədri Daşqın Gülməmmədov qeyd edib ki, Moldovanın etnik azlıqlara bağlı siyasəti təqdirəlayiqdir: "Moldova hökuməti və xalqının etnik azlıqlara qarşı tolerant münasibəti bizi sevindirir". D.Gülməmmədov həmçinin bildirib ki, UQTMŞ Türkiyə investiyasının Moldovaya gəlməsinə vasitəçilik edəcək: "Biz Moldovanın ərazi bütövlüyünün və milli suverenliyinin tərəfadrıyıq". Görüşdə həmçinin Ukraynadakı siyasi vəziyyət müzakirə olunub. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00