Dubay mətbuatı Azərbaycandan yazıb
30 Dekabr 2013 12:03 SiyasətDubay hökumətinə məxsus "Əl-Bayan" qəzetində " Azərbaycan Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir" baṣlıqlı məqalə dərc edilib. Bu barədə "OLAYLAR"-a məlumat verən Birləşmiş Ərəb Əmirliklərindəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov deyib ki, məqalədə bu bayramın soydaşlarımız tərəfindən Sovet İttifaqının süqutu və imperiyanın parçalanmasından sonra qeyd edilməyə başlandığı vurğulanır. Bildirilir ki, o vaxta kimi Azərbaycan xalqı dünyada bir neçə hissəyə parçalanmıṣdı. Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycanın prezidenti cənab İlham Əliyev bu münasibətlə öz xalqını təbrik edib, çıxışında dünya azərbaycanlılarının bu gün bir sirada olduğunu, onların birliyinin gücləndiyini və vətənlərilə əlaqələrinin möhkəmləndiyini bildirib.