“Dağlıq Qarabağ müanqişəsinin həllinə Türkiyə də qoşulub” - POLİTOLOQ
Razi Nurullayev: “Ola bilsin ki, 2014-cü ildə Ermənistan özünü iqtisadi çətinliklərdən, blokadadan qurtarmaq üçün Türkiyənin planı ilə razılaşsın”
27 Dekabr 2013 15:30 Siyasət2013-cü ildə Dağlıq Qarabağ məsələsinin həlli baxımından necə yadda qaldı? Bu barədə politoloq Razi Nurullayev "OLAYLAR"a danışıb.Razi Nurullayev bildirib ki, 2013-cü ildə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir ciddi addım atılmadı. Politoloq bununla yanaşı bir istisanı da qeyd edib: "Lakin bir istisna var. Bu istisna da ondan ibarətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar prosesi bərpa olundu. Və artıq Dağlıq Qarabağ münaqişəsinin həllinə siyasi şəkildə Türkiyə də qoşulub". Politoloq diqqətə çatdırıb ki, əgər Ermənistan yeni danışıqlar mərhələsində bir neçə rayonun azad olunmasına razılıq verərsə bu zaman Türkiyə də Ermənistan ilə sərhədlərini açacaq. Politoloq sərhədlərinin bir neçə rayonun qaytarılması müqabilində sərhədlərin açılması məsələsininn Azərbaycan tərəfi ilə razılaşdırıldığını düşünür: "Türkiyə rəsmilərinin davranışlarından da belə göründü ki, artıq bu məsələ də Azərbaycan tərəfi ilə razılaşdırılıb və Azərbaycan Türkiyənin Ermənistan ilə sərhədlərinin açılmasına etiraz etməyəcək. Əgər bunu müsbət qiymətləndirmək olarsa ortada olan və görünən məsələ budur. 2014-cü ildə də danışıqlar davam edəcək artıq razılıq əldə olunub ki, prezidentlər arasında görüş keçirilsin".
Əgər Ermənistan rus prinsiplərindən geri çəkilməzsə və söz verdiyi kimi bir neçə rayonun qaytarılması ilə bağlı danışıqlardan imtina edərsə ya öz siyasətinin nəticəsində ya da ki Rusiyanın təsiri kimi o zaman 2014-cü ildə də hər hansı irəliləyiş gözləmək düzgün deyil. Yox əgər doğurdan da Rusiya Ermənistana təzyiq göstərib onu bu danışıqlardan imtina etməyə məcbur etməzsə o zaman ola bilsin ki, 2014-cü ildə Ermənistan özünü iqtisadi çətinliklərdən, blokadadan qurtarmaq üçün Türkiyənin planı ilə razılaşsın və bir neçə rayonun azad olunması müqabilində sərhədlərin açılmasına razılıq versin. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllində ilkin mərhələ kimi sayıla bilər. Amma bu, ehtimal olunan məqamdır, reallıq isə başqa cür də ola bilər. ("OLAYLAR" İA)