Azərbaycanın hərbi gücü Ermənistanı ayağa qaldırdı
27 Dekabr 2013 12:46 Siyasət"Azərbaycan sürətlə silahlanır, bunu görməmək mümkün deyil" - erməni hərbi ekspert Arkadi Qriqoriyan yerli mətbuata açıqlamasında belə deyib. Qriqoriyan qeyd edib ki, Azərbaycan 2013-ci ildə silah və hərbi texnologiya idxalı üçün 1.257 milyard ABŞ dolları xərcləyib. Ekspert iddia edib ki, Azərbaycan hərbi gücünün artırılmasına görə dünyanın 10 ölkəsi arasındadır: "Azərbaycan sahib olduğu silah növləri olduqca çoxdur. Silah müxtəlifliyinə görə, Azərbaycanın dünyanın qabaqcıl dövlətlərindən biridir. Azərbaycan ordusunun miqyası da olduqca böyükdür. Çünki bu ölkənin dövlət büdcəsi dinamik olaraq artır. Azərbaycan hərbiyə ayırdığı maliyyə vəsaitinə görə, dünyanın Hindistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, BƏƏ, ABŞ, Küveyt, Rusiya, Türkiyə, Tayvan, İndoneziya və Misir kimi ölkələri sırasındadır". Erməni mətbuatı qeyd edir ki, Azərbaycanın hərbi gücünün artırılması istiqamətinə ayırdığı maliyyə vəsaiti Ermənistan rəhbərliyi və QHT-lərin ciddi narahatlığına səbəb olub. ("OLAYLAR" İA)